Dünya

Soylu: “ABŞ-nin başsağlığını qəbul etmirik”

Soylu: “ABŞ-nin başsağlığını qəbul etmirik”
Soylu: “ABŞ-nin başsağlığını qəbul etmirik”

Türkiyə daxili işlər naziri Süleyman Soylu İstanbulda törədilən terrorla bağlı açıqlama verərək bildirib ki, terrorçu tutulmasaydı, bu gün onu qaçaq yolla Yunanıstana keçirəcəkdilər.

“Texniki telefon dinləməsindən sonra məlum oldu ki, terror təşkilatının təlimatları açıq şəkildə terrorçunu öldürməyə hesablanıb – “Ya binadan atın, ya da kanala atın”.
Hadisənin necə və harada koordinasiya edildiyindən məlumatlıyıq. Bizə verilən mesajı aldıq və mesajın nədən ibarət olduğunu bilirik. ABŞ səfirliyinin başsağlığını qəbul etmirik. Haradan başladığını bildiyimiz bir terror quruluşu ilə qarşı-qarşıyayıq. PKK-nın daxili kəşfiyyatını kim təmin edirsə, o günahkardır. Aldığımız bu mesaja çox güclü mesaj göndərəcəyik”, – deyə Soylu bildirib.
Qeyd edək ki, Beyoğluda terror aktını törədən şəxs PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi təhsil aldığını və Suriyanın Afrin şəhərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

QRİQORYAN AZƏRBAYCANDAN ÜZR İSTƏYİB – Qarabağa qanunsuz səfərinə görə

redaktor

De Byazi italyanlara “Qarabağ”dan danışdı “Yerli çempionatı demək olar ki, heç kim izləmir”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurub

redaktor