24 C
Bakı
23 İyun 2025 09:49
Dünya

Şagirdlərin dərsdə yemək bişirdiyi məktəbin direktoruna şiddətli töhmət verildi

Şagirdlərin dərsdə yemək bişirdiyi məktəbin direktoruna şiddətli töhmət verildi

Şagirdlərin dərsdə yemək bişirdiyi məktəbin direktoruna şiddətli töhmət verildi

Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb: “Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib”.

Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Zelenski ilə DANIŞDI: Açılan fürsət pəncərəsi qaçırılmamalıdır!

redaktor

Tramp bir neçə aya Ukraynada müharibəni dayandıracaq? – Xüsusi nümayəndə açıqladı

redaktor

Mourinyo Ronaldonu “Fənərbaxça”ya dəvət etdi

admin