12 C
Bakı
25 Mart 2026 12:46
Cəmiyyət

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən…” – MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 Bu barədə məlumat Müdafiə Nazirliyindən verilib.

Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər

Sərhədsiz Reportyorlardan Sevinc Vaqifqızı ilə bağlı BƏYANAT yayıb.

admin

Heydər Əliyev parkı ilə bağlı qalmaqal – Dövlət mülkiyyəti özəlləşdirilib?

admin

Sabiq məmur siyasətə qayıdır – “Qudalar İttifaqı” yenidən aktivləşəcək?

admin