11 C
Bakı
30 Mart 2026 00:58
Dünya

Rus ekspertdən şok: Ərdoğanın mühafizəsini gücləndirin!

İstanbulda terakt – Türkiyə cəmiyyətinə və iqtisadiyyatına (turizmə) və artıq faktiki olaraq prezident seçkisi kampaniyasına başlayan Rəcəb Tayyib Ərdoğana zərbədir.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko İstanbulda baş verən terakta münasibətində qeyd edib.

O bildirib ki, bu terror həm də Türk Dövlətləri Təşkilatının bu yaxınlardakı (TDT-nin son Zirvə Görüşü 11 noyabrda Səmərqənddə keçirilib – red.) uğurla keçirilmiş sammitinə xarici maraqlı tərəflərin reaksiyasıdır:

“Teraktın əsas benefisiarı anqlosakslardır, baxmayaraq ki, cinayətkarlar qaranlıqda istifadə edilə və ya “saxta bayraq altında” fəaliyyət göstərə bilərdi”.

Türk xalqına dərin hüznlə başsağlığı verən Korotçenko təcili tədbirlər üçün də çağırış edib:

“Mütləq şəkildə Türkiyənin təhlükəsizliyi, xüsusən Ərdoğanın mühafizəsi, “Türk axını” kəmərinin qorunması tədbirləri gücləndirilməlidir. Bu haqda dəfələrlə çağırışlar etmişəm”.

Qeyd edək ki, ötən həftə rusiyalı tanınmış aparıcı Solovyov da Türkiyə lideri Ərdoğana sui-qəsd ola biləcəyi haqda ehtimalını səsləndirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Azərbaycan məhsullarına tarif tətbiq etdi – Bu gündən…

redaktor

Adnan Oktarın həbsxanadan son fotosu

redaktor

Vasif Talıbovun müavini və daha bir nazir saxlanıldı – Təcili

redaktor