8 C
Bakı
09 Fevral 2026 12:53
İdman

Qurban Qurbanov: “Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”

“Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində deyib.

50 yaşlı mütəxəssis tədbirdə iştirak etməyin onun üçün xoş olduğunu bildirib:

“Komandamız Avropa çempionu olanda izləmişdik və çox sevinmişdik. Orxan Məmmədova belə layihə yaratdığı üçün təşəkkür edirəm. Qeyri-peşəkar desək də, çox sevilən bir növdür. Bu qədər sevgi olanda nəticə də olur. Ölkə başçısı tərəfindən qəbul olunmaq, uğurların izlənilməsi göstərir ki, bu idman növünə böyük sevgi var. Çalışacağam ki, çempionatın oyunlarında iştirak edim. Burada keçmiş oyunçularımı – Vaqif Cavadovu və Ruslan Abışovu gördüm. Onlarla görüşməyə şad oldum”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi

admin

Vüsalın komanda yoldaşı oyun zamanı öldü

redaktor

“Qurban Qurbanovun qışqırmamasına təəccübləndim”

redaktor