26 C
Bakı
11 Avqust 2025 03:36
CəmiyyətGündəm

Nəyə görə kəskin ətir qoxusundan baş ağrıyır? – SƏBƏB

İnsan qoxu hissi trilyondan yuxarı qoxunu ayırd edə bilir.

Amma dünyada 2 insan yoxdur ki, eyni ətrə eyni reaksiyanı vermir.

 

Bir insana xoş gələn ətir digərinin ürəyini bulandıra bilər.

Eləcə də parfümlərdə. Bir insana gül qoxusu ilahi ətir kimi gəlsə də, digərinin başını ağrıda bilir.

Elə çox adam da çox ətir vuran adamın yanında qala bilmir, başı ağrıdığını deyir.

Kəskin qoxulu ətirlərə bədənin belə reaksiya verməsinin bir çox səbəbləri var.

  1. Emosiyalar – ətir, qoxu bizim emosinal durumumuzla bağlıdır. Uşaqda qoxu hissi bütün hisslərdən birinci inkişaf edir. Ana bətnində olandan aldığımız qoxularla bizim hansısa xatirəmiz, travmamız, emosiyamız bağlıdır.

Sonradan həmin qoxunu hiss etdikdə həmin emosiyanı beyin xatırlayır və bu sizə pis təsir edir.

Məsələn, siz xəstəxanada olarkən ağrı halıda kimsə həmin parfümü vurub və ya xəstəxanada hansısa qoxunu hiss etmisizsə, təkrar həmin qoxu sizdə neqativ hisslər qaldıracaq.

Bu zaman boyun, gichah, baş hissədə ağrı yaranır.

İkinci səbəb burun cibləri, sinuslarda problemlərdir.

Ətirdə olan kimyəvi maddələr beynin qoxu sistemini aktivləşdirir, bu zaman burun ciblərini, hər hansı problem olan sinusları qıcıqlandırır, bu zaman asqırma, öskürmə, başda ağrı ola bilər.

Belə qoxulara kül, his, kəskin ətir, xlor, siqaret aiddir.

Yuyucu maddələrdə olan uçucu kimyəvi maddələr isə üçlü sinirə təsir edir.

Bu zaman hiperqıcıqlanmadan baş ağrıya bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Gələn həftə Tramp, Putin və Zelenski görüşü planlaşdırılır.

admin

Ukrayna rəhbərliyi: “Rusiyanın gücü ancaq mülki əhaliyə çatır“

redaktor

Paytaxtda aramsız yağışın FƏSADLARI: Bakı küçələrində SON VƏZİYYƏT – VİDEO

redaktor