Kriminal

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTOLAR

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu məlumat DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli metadon-40 həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər

“Nəcməddin Sadıxovun çarəsi olsaydı, başımı kəsərdi” – “Tərtər işi”

redaktor

Baş həkim və arvadının başını… – Dəhşətli hadisənin TƏFƏRRÜATI

redaktor

İcra başçısı istintaqa ifadə verdi

admin