GündəmKriminal

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” – VİDEO

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” - VİDEO

“Mənə dedi ki, o nə gəmilərdir dayanıb orada, imkan olsa, şəkillərini çəkib atarsan, baxaram. Mən də çəkib göndərmişəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu deyib.

Z.Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

O bildirib ki, dənizdə olan bütün gəmilərə gələn hərbi əməliyyatlar barədə məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıb:

“Vətən müharibəsi dövründə İran tərəfinin nümayəndələri bizim Türkiyədən aldığımız PUA-lar, hərbi obyektlərin yerini soruşurdular. O zaman mənə məlum oldu ki, İran bunu Ermənistana ötürmək üçün istəyir”.

Ətraflı videoda:

Oxşar xəbərlər

Rusiya XİN-ə “etnik təmizləmə” ilə bağlı sübutlar verə bilməyən ermənilər çarəni BELƏ TAPDILAR – VİDEO

redaktor

Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürublər?

admin

2 yaşlı qız ilanı belə öldürdü-FOTO

admin