3 C
Bakı
11 Fevral 2026 16:09
Dünya

İsrail İranın aviabazasını bombaladı

İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib. Bu barədə Suriyanın dövlətə məxsus SANA agentliyi məlumat yayıb.

Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər isə yaralanıb.

Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Raketlərin bazada uçuş-enmə zolağına dəydiyi bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullah qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.

Tacxeber.com

Oxşar xəbərlər

KQB-nin eks-agenti Putinin sirrini açdı

redaktor

Narkotikdən Siyasətə: Bəşər Əsədin imperiyası

redaktor

“Sülhməramlıların Qarabağda qalması əhəmiyyətsizdir” – Rusiya rəsmisi

redaktor