19 C
Bakı
01 Oktyabr 2026 00:02
Dünya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Tacxeber.comxəbər verir ki, başsağlığıda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Oxşar xəbərlər

Azərbaycan–Türkiyə münasibətlərində görünən və görünməyən həqiqətlər

redaktor

Bu gün səhər saatlarındakı təyyarə insidenti

redaktor

Kürdüstan xəritəsini kimlər və nə üçün gündəmə gətirir?

redaktor