11 C
Bakı
29 Mart 2026 12:20
Dünya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Tacxeber.comxəbər verir ki, başsağlığıda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Oxşar xəbərlər

Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi – FOTO

redaktor

Qarabağa səfər neçəyə başa gəlir? – Şuşada çay 41, Xankəndidə 3 manatdır

redaktor

Zelenski: “Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır”

redaktor