26 C
Bakı
11 Avqust 2025 03:04
Dünya

Fransanın xarici işlər naziri İtaliyanı hədələdi

Fransanın xarici işlər naziri İtaliyanı hədələdi

İtaliya dənizdə xilas edilmiş miqrantları qəbul etməkdən imtina etməyə davam edərsə, bunun nəticələri ilə üzləşəcək.

Tacxeber.com xəbər verir ki, bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

“Bizim üçün bu, böyük məyusluqdur. İtaliya beynəlxalq və ya dəniz qanunlarına hörmət etmir. İtaliyanın baş naziri Corc Meloninin Fransanın miqrantları qəbul etməli olduğuna dair açıqlamalar verməsi bizim mübadilələrimizlə tamamilə ziddiyyət təşkil edir. İtaliya belə davam etsə, bunun nəticələri olacaq” – deyə, o bildirib.

Nazir xatırladıb ki, Fransa İtaliya limanlarının girməyə icazə vermədiyi “Ocean Viking” gəmisindən miqrantları qəbul etməli olduqda, Paris də öz növbəsində İtaliyada gözləyən miqrantların Avropa İttifaqı daxilində yerləşdirilməsini dayandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sülhməramlılar niyə vaxtından əvvəl çıxarıldı? – Hacıyev açıqladı

redaktor

Rusiyada ermənilərin bu suyunun satışı dayandırıldı: Təhlükəlidir

redaktor

“Öcalan təklifi”nə Ərdoğandan – Sensasion reaksiya

admin