2 C
Bakı
11 Fevral 2026 00:11
GündəmHadisə

Azərbaycanda icra başçısı ağır qəzaya düşdü – FOTO

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib. Bu barədə jurnalist Sara Əzimova məlumat verib.

Ə. Sara bildirib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan – Şərur avtomobil yolunda baş verib.

 

Şərur istiqamətində hərəkət edən “Mitsubishi L-200” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hyundai” markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov xəsarət almayıb.

 

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov Zirə məğlubiyyətinə belə şərh verdi

admin

“Medaura” klinikasının baş həkiminin əməliyyat etdiyi qadın tanınmaz hala düşdü – FOTOLAR

redaktor

Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR – Görüntülərdən məlum oldu ki…

redaktor