12 C
Bakı
29 Mart 2026 19:58
Dünya

Rusiyadan Azərbaycana, Özbəkistana və Gürcüstana ixrac edilən taxıl məhsullarının həcmi açıqlanıb

Rusiyadan Azərbaycana, Özbəkistana və Gürcüstana ixrac edilən taxıl məhsullarının həcmi açıqlanıb

Bu ilin əvvəlindən Başqırdıstan Respublikasından Azərbaycana, Özbəkistana və Gürcüstana ümumi çəkisi 144,4 min ton taxıl və onun emalından alınan məhsullar ixrac edilib.

Tacxeber.com Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına istinadən xəbər verir ki, xidmət tərəfindən 3 231 ixrac fitosanitar sertifikatı verilib.

Məlumata görə, xarici podratçılara satılan taxılın ən böyük həcmini buğda təşkil edir – 38,16 min ton ilə, ondan sonra siyahıda kətan – 17,74 min ton, kamelina – 4,23 min ton, arpa – 3,23 min ton, zəfəran – 1,05 min ton, günəbaxan – 0,81 min ton, alaqanqal – 0,154 min ton, vika bitkisi – 0,176 min ton, xardal – 0,066 min ton ilə gəlir.

2021-ci ilin müvafiq dövrü ərzində Çuvaş Respublikası və Ulyanovsk vilayətindən Azərbaycana və Tacıkistana 136,77 min ton taxıl və onun emalından alınan məhsul ixrac edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya və İspaniya arasında hərbi müqayisə

redaktor

Türkiyədə BİABIRÇILIQ: Azərbaycanın göndərdiyi yardımı bazarda satdılar

redaktor

Bakının havasında dəm qazı normadan çoxdur

redaktor