10 C
Bakı
27 Mart 2026 13:24
İdman

“Qarabağ” futbol klubu polisə müraciət etdi

 

“Qarabağ” futbol klubu polisə müraciət etdi”Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Quttman lənəti – Yadigar Sadıqlı

admin

Klubda heç bir rəsmi vəzifəsi olmayan Elşən adında şəxs Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan göndərib. Dəlixanadır…

admin

Rövnəq Abdullayev, milli komanda və “peraşki”

admin