30 C
Bakı
10 Avqust 2025 20:53
Şou

“Oğlum şirniyyat satır” – Emin Ağalarov

"Oğlum şirniyyat satır" - Emin Ağalarov

Xalq artisti, biznesmen Emin Ağalarov bu günlərdə Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

Tacxeber.com Axsam.az-a istinadən xəbər verir ki, müsahibədə şəxsi həyatı ilə bağlı bir çox məqamlara toxunan Emin 13 yaşlı oğlu Mikayılın biznesindən danışıb. O bildirib ki, övladı özünün sahibi olduğu “Sea Breeze” ərazisində şirniyyat satır:

“Kiçik şirniyyat mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir? Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.

Emin əlavə edib ki, digər oğlu Əlinin isə musiqi sahəsinə marağı var:

“Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə – uşaq rejimi belədir”.

Tacxeber.com

Oxşar xəbərlər

“Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır” – VİDEO

redaktor

Tərbiyəli formada tənqid edənlərə həsrətik”

redaktor

Aşıq Namiq qalmaqal yaşadığı hadisə barədə: “O mənim həyatımda olan bir qadın olub” – VİDEO

redaktor