16 C
Bakı
27 Sentyabr 2025 02:00
DünyaKriminal

Moskvanın hava limanında vətəndaşdan dörd milyon oğurlandı.

Rusiya paytaxtında aeroportda silahlı soyğun hadisəsi baş verib.

Basqınçılar “Lexus” markalı avtomobilə atəş açıb, külli miqdarda pul oğurlayıb və “Chevrolet Tahoe” markalı yolsuzluq avtomobili ilə qaçıblar. Hadisə Domodedovo hava limanında qeydə alınıb. “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla bildirib ki, qarət olunanlar Qırğızıstan vətəndaşlarıdır. Onlardan dörd milyon dollar oğurlanıb. Məlumata görə, zərərçəkənlər belə böyük məbləğlə Moskvaya biznes qurmaq üçün yollanıblarmış. Onlar aeroportda pulu bəyan edəndən və nağd pulla dolu çantalarla hava limanından çıxandan sonra iki maşın onların yanında saxlayıb, əllərində avtomat silahlar olan insanlar düşüblər. Qırğızlar quldurları görən kimi pulu onlara veriblər. Bundan sonra cinayətkarlar hadisə yerini tərk ediblər. Daha sonra cinayətkarların istifadə etdiyi avtomobillər meşədə tərk edilmiş vəziyyətdə tapılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Messi nəinki, dünyanın heç Argentinanın da ən yaxşısı deyil – Qalmaqallı açıqlama

redaktor

İsrailin hədəfində başqa kim var? – Xamenei, Pezeşkian…

redaktor

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verildi – Video

redaktor