25 C
Bakı
30 Sentyabr 2026 12:19
Hadisə

Bakıda yataqxanada yanğın: 25 nəfər təxliyə olundu

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

Bu barədə FHN-dən bildirilib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Amma Stalin yəhudilərin qəbulundan imtina etdi ……

admin

Üç ABŞ senatoru: “Siyasi məhbusların azadlığı Bakı ilə tərəfdaşlığın şərti olmalıdır”

admin

Əvəz Zeynallının faciəsi: Gecikmiş diaqnozun ağır nəticəsi

redaktor