Hadisə

Bakıda yataqxanada yanğın: 25 nəfər təxliyə olundu

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

Bu barədə FHN-dən bildirilib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Tacir Şahmalıoğlu şəhid qardaşının övladını axtarır.

admin

MSK “mədəni adam” Natiq Cəfərlinin şikayətini təmin etmədi

admin

Zəlzələdən sonra afterşoklar olacaq – Yetirmişli

redaktor