11 C
Bakı
29 Mart 2026 10:55
Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi – FOTO

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Tacxeber.com xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşının Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kassasının qarşısında lentə aldığı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

“Qafqazinfo”nun əməkdaşı dəqiqləşdirib ki, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağının burxulması ilə əlaqədardır.

Tacxeber.com

Oxşar xəbərlər

“Ramiz Mehdiyev hazırda masaj olunur” – Kürəkənindən AÇIQLAMA

admin

Doğuş zamanı ana ölümünə görə xəstəxana 20 mini ödəmək istəmir

admin

Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı – Günlük zərər nə qədərdir?

redaktor