29 C
Bakı
11 Avqust 2025 11:35
Gündəm

ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

ABŞ Ukraynanın müharibə aparmaq və ərazilərini azad etmək üçün lazımi silahlara malik olmasını təmin etməsi məqsədilə səylərini davam etdirəcək.

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“ABŞ-ın mövqeyi dəyişmir, 6 ay əvvəl olduğu kimi qalır. Biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, – o deyib.

Qeyd edək ki, C.Sallivan ABŞ-ASEAN və Şərqi Asiya ölkələri Sammitində iştirak etmək üçün Kambocada olan ölkə Prezidenti Co Baydeni müşayiət edir. Ağ Ev rəhbəri oradan G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Gözləri gücləndirən möcüzəvi qarışıq – Hər kəs istifadə etsin

redaktor

Sosial mediadan uzaq düşən rektorlar adları – SİYAHI

admin

Müharibədə DÖNÜŞ NÖQTƏSİ: Xarkov işğaldan AZAD EDİLDİ

redaktor