11 C
Bakı
27 Mart 2026 19:07
Şou

“Ərimi qaçırdıb, ailə qurdum”

Türkiyənin tanınmış aparıcısı və dizayner Gülşah Saraçoğlu ilk evliliyindən danışıb.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, aparıcı qatıldığı proqramda diqqət çəkən açıqlamalar verib.

Saraçoğlu keçmiş ərini qaçırtdığını deyib:

“Keçmiş ərimi qaçırıb evləndim. Qaziantepdəki ailəsi məni istəmirdi. Mən də bu yola əl atdım.

Onunla evləndiyimə görə peşman deyiləm. Yaxşı ki, Aslan adında bir oğlumuz da oldu. Ankaraya iş üçün getmişdi. Ora gedib onu götürdüm və Kadıköy nikah evinə apardım. Orada evləndik. 5 ay sonra hamilə oldum və problemlər başladı. Bir müddət təkbaşıma işlədim. Həm ərimə, həm də uşağıma baxdım. İndi isə mediada məni pulgir qadın obrazı ilə təqdim etmələrinə dözə bilmirəm” -, o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Nadir Qafarzadədən sensasion açıqlama: “Təzə arvadım budu” – VİDEO

redaktor

Teymur əminin “paslı tüfəngi” – Mətanət əhvalatı danışdı

redaktor

Xoşqədəm gəlinliyini hərraca çıxaracaq

redaktor