3 C
Bakı
11 Fevral 2026 16:07
Hadisə

Əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya olundu

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

Tacxeber.com xəbər verir ki, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qız övladları var. Hadisə başverən zaman qız övladları evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ordusu 6 istiqamətdə hücuma keçdi.

admin

Cəlilabadda qadın mülkə görə öldürülüb? – TƏFƏRRÜAT

redaktor

Yarım milyon manatlıq avtomobil ilə yol hərəkəti qaydalarını heçə saydı – ANBAAN GÖRÜNTÜLƏR

redaktor