12 C
Bakı
28 Mart 2026 21:43
CəmiyyətHadisə

Şəki sakini öz avtomobilini yandırdı

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.

APA-nın məlumatına görə, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib.

1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus VAZ-2106 markalı, 27-BN-761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Elnarə Qasımova həbsdən yazır: “Tapacam o xaini, görüm, kim yemək ötürür onlara”

admin

Rusiyanın ən qədim avtoxton əhalisi Dərbənd azərbaycanlılarıdır, Zülfüqarov xatırladıb

redaktor

Kababın üstünə səpilən göyərtiyə də pul aldılar – Hacıqabulda hesab – FOTO

redaktor