24 C
Bakı
11 Avqust 2025 22:48
İdman

“Məni Azərbaycana dəvət etdilər, getmədim“ – Yuri Maksimov

“Məni Azərbaycana dəvət etdilər, getmədim“ - Yuri Maksimov

Son olaraq “Vorskla”nı çalışdıran ukraynalı mütəxəssis Yuri Maksimov “Şamaxı”dan iş təklifi alıb.

Tacxeber.comxəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə “TaToTake” proqramında danışıb. O, Azərbaycan təmsilçisini çalışdırmaqdan imtina etdiyini vurğulayıb:

“Məni Azərbaycana dəvət etdilər. Amma nədənsə dərhal getmək istəmədim. Məni kuboku qazandığım komandaya – “Keşlə”yə çağıdrılar. İndi “Keşlə” deyil, “Şamaxı” adlanır. Mən imtina etdim. Sonra Gürcüstandan da təklif gəldi .Amma oraya da getmək istəmədim. Çünki kiminsə arxasınca, necə deyərlər, zibil təmizləmək istəmirsən. Artıq sıfırdan başlamaq və nəsə etmək istəyirəm”.

Qeyd edək ki, Yuri Maksimov “Keşlə”yə 2017/2018-ci illərdə baş məşqçilik edib. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Mourinyo 30 milyon avroluq təklifi rədd etdi

admin

“Ola bilsin ki, milli komandada işləməyə davam edim” – De Byazi

admin

Azərbaycan futbolunda qorxulu anlar, oyunçunun ayağı qırıldı – VİDEO

redaktor