10 C
Bakı
27 Mart 2026 13:26
İdman

“Məni Azərbaycana dəvət etdilər, getmədim“ – Yuri Maksimov

“Məni Azərbaycana dəvət etdilər, getmədim“ - Yuri Maksimov

Son olaraq “Vorskla”nı çalışdıran ukraynalı mütəxəssis Yuri Maksimov “Şamaxı”dan iş təklifi alıb.

Tacxeber.comxəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə “TaToTake” proqramında danışıb. O, Azərbaycan təmsilçisini çalışdırmaqdan imtina etdiyini vurğulayıb:

“Məni Azərbaycana dəvət etdilər. Amma nədənsə dərhal getmək istəmədim. Məni kuboku qazandığım komandaya – “Keşlə”yə çağıdrılar. İndi “Keşlə” deyil, “Şamaxı” adlanır. Mən imtina etdim. Sonra Gürcüstandan da təklif gəldi .Amma oraya da getmək istəmədim. Çünki kiminsə arxasınca, necə deyərlər, zibil təmizləmək istəmirsən. Artıq sıfırdan başlamaq və nəsə etmək istəyirəm”.

Qeyd edək ki, Yuri Maksimov “Keşlə”yə 2017/2018-ci illərdə baş məşqçilik edib. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Mourinyo “Fənərbaxça”ya söz atdı, “Benfika”nın “Qarabağ”a uduzmasına toxundu

redaktor

1 milyard avroluq müqavilə təhlükə altında – “Mançester Yunayted” nə edəcək?

redaktor

Orta cinslə döyüşdən imtina edən boksçudan şok qərar – FOTO

redaktor