28 C
Bakı
12 Avqust 2025 21:49
DigərHadisəKriminal

Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış

Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Tacaxeber.com APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.

Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Tacxeber.com

Oxşar xəbərlər

Avtomobil aşdı, uşaqlar 2 gün valideynlərinin meyiti ilə maşında qaldı

admin

TRT müxbirinin evi canlı yayım zamanı bombalandı – VİDEO

redaktor

Son dəqiqə! Gədəbəy İcra Hakimiyyətinin binası yanır.

admin