28 C
Bakı
13 Avqust 2025 20:59
GündəmTəhsil

Rekorda imza atan azərbaycanlı məktəbli DANIŞDI – FOTO/VİDEO

 

İctimai Televiziyada (İTV) yayımlanan “Əlaçı” proqramında İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asiman Mirzəliyev rekorda imza atıb.

O, verilişin tarixində ilk dəfə olaraq 29 suala düz cavab verib.

Finalda qalib olan rekordçu Mirzəliyev Asiman Mübariz oğlu Oxu.Az-a danışıb.

O bildirib ki, verilişdə rekorda imza atdığı üçün sevinclidir:

“Mən 2006-cı ildə İsmayıllıda doğulmuşam. Təhsilə həmin şəhərin Göytəpə kəndində başlamışam. Burada oxuduğum müddətdən artıq yarışlara qoşulmağa başladım. Aşağı sinifdə oxuyan zaman məktəbdə dərnəklərə qoşulurdum. Qatıla bildiyim hər bir yarışda iştirak edirəm və məqsədim qalib olmaqdır. Məktəbin özü də mənə çox şey qazandırıb.

Təhsil aldığım 8 ildə ən əsas biliklərə sözügedən məktəbdə yiyələnmişəm”.

A.Mirzəliyev qeyd edib ki, 9-cu sinifdən başlayaraq təhsilini İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı məktəbdə davam etdirir.

O deyir ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) və ya Bakı Ali Neft Məktəbində təhsilini davam etdirmək istəyir.

Onun atası Mübariz Mirzəliyev övladının uğur qazanmasından sevincli olduğunu bildirib.

Rekorda imza atan azərbaycanlı məktəbli DANIŞDI - FOTO/VİDEO

 

Tacxeber.com

Oxşar xəbərlər

“Meyvəli” dairəsində sürücüləri tələyə salan yük maşını – DİQQƏT

admin

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyur – Rus general açıqladı

admin

Bu gün daha 3 oyun keçiriləcək

admin