Gündəm

Qohumu öldürülən Ələkbər Yasamallı haradadır?

Qohumu öldürülən Ələkbər Yasamallı haradadır?

Xəbər verdiyimiz kimi, Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur.

Tacxeber.comxəbər verir ki, meyxanaçı hələ də qohumunun həmkarı tərəfindən öldürüldüyü barədə heç bir açıqlama verməyib. Bu gün isə Ələkbər Yasamallının 6 aydır ölkədə olmadığı üzə çıxıb. Bu barədə prodüser Ataş Hüseynov “Təsir dairəsi” verilişində danışıb:

“Ələkbər Yasamallı 6 aydır Bakıda deyil, Almaniyadadır. Orada yaşamaq üçün icazə almaq istəyir”.

Qeyd edək ki, Rəşad qətlə yetirdiyi İsgəndər Mehdiyevə ürəyindən 6 bıçaq zərbəsi vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Kaxetiyada Naxçıvan qalası və gürcü şovinzmi

redaktor

Abdin Fərzəliyev bunu da edib

admin

Avropa Parlamentinin deputatı tribunada saçını kəsdi – VİDEO

redaktor