29 C
Bakı
11 Avqust 2025 15:14
Digər

Polisdən əməliyyat: fermadan qumbaralar götürüldü

Polisdən əməliyyat: fermadan qumbaralar götürüldü

Goranboy sakininin fermasından 2 ədəd “F-1” qumbarası və 5 ədəd tüstüverici şaşka aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Səfikürd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevin üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə E.Abdullayevə narkotik vasitəni satan Şəfəq kənd sakini Q.Abbasovdan 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

16 yaşlı cüdoçunu qətlə yetirən şəxsin vəkilindən ŞOK AÇIQLAMA – “Mənə zəng edirlər, təhqiredici mesajlar yazırlar…”

redaktor

Şəxsiyyət vəsiqəsi ilə bağlı vacib açıqlama: 800 manat…

redaktor

Hindistanda yerləşən “Rosneft”ə məxsus neft emalı zavodu Aİ sanksiyalarının tətbiqi səbəbindən çətin durumdadır

admin