16 C
Bakı
26 Sentyabr 2025 03:47
Dünya

İsrailin müdafiə naziri:

“İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq”.

Tacxeber.com “report”a istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib.

“İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələ ətrafında çox diqqətlə düşünməliyik”, – nazir deyib.

Bundan əvvəl Knessetin (parlament) “Likud” partiyasından olan üzvü Tsaxi Xaneqbi deyib ki, Benyamin Netanyahu hakimiyyətə qayıtdıqdan sonra, ehtimal ki, İranın nüvə obyektlərinə zərbə endirmək əmri verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə müxalifət partiyasının sədrini hamının gözü qarşısında bıçaqladılar – ANBAAN VİDEO

redaktor

Odessa yəhudilərinin Luvr muzeyinə 200 min franka sırıdıqları saxta skif dəbilqəsi (tiara).

admin

Putinə böyük hədiyyə olacaq — 500 tank, 40 min hərbçi

redaktor