23 C
Bakı
25 Sentyabr 2025 13:41
Sağlamlıq

Toppuş bacı ağıllı dərman üçün evini satır- O dərmandan almalıyam

Əməkdar artist Tünzalə Əliyevanın beynində şiş aşkarlanıb.

Tacxeber.com  xəbər verir ki, axsam.az-a açıqlama verən aktrisa tezliklə müalicəyə başlayacağını deyib. “Toppuş bacı” bildirib ki, evini satışa qoyub:

“Bu dəfə kəllə beyin xərçəngi aşkarlandı. Noyabrın 15-dən şüaterapiyaya başlayacağıq. Ondan sonra müayinə olunacağam və əməliyyat lazım gəlib-gəlmədiyi bilinəcək. 5 ildir Milli Onkologiya Mərkəzində müalicə olunuram, heç vaxt ödəniş etməmişəm.
Amma mənə Türkiyədən, Almaniyadan yazırlar. Ağıllı dərmanlar olduğu deyilir. Mən də maraqlandım, qiyməti çox bahadır. Ona görə də evimi satışa çıxartmışam. Lazım gəlsə, satıb, dərmanlardan alacağam. Heç kimdən yardım istəmirəm. Bir vaxt yardım aldım, Zaur Baxşəliyevin sayəsində yaşadığım evin pulu ödənildi. Artıq istəmirəm yardım”.
Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır.

Tacxeber.com

Oxşar xəbərlər

Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir

redaktor

Mədənizdə narahatlıq varsa bunları edin

redaktor

Balı suda həll edib içmək görün nələrə xeyirdi – Ballı suyun faydası

redaktor