28 C
Bakı
13 Avqust 2025 22:04
CəmiyyətŞou

Könül Xasıyeva xəstəliyi üçün lazım olan məbləği topladı

Könül Xasıyeva

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında şiş aşkarlanıb.

Tacxeber.com Kulis.az-a istinadən xəbər verir ki, xanəndə müalicəsi üçün lazım olan 254 min manatı toplayıb. Bu haqda Xasıyeva özü məlumat yayıb. O bildirib ki, sevənlərindən biri ona 60 min dollar verib.

Muğam ifaçısı artıq müalicəsi üçün Almaniyaya yollanacaq.

 

Qeyd edək ki, bundan əvvəl K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb. Daha sonra isə ifaçı bir xanımın 30 min manat, Rusiyada yaşayan bir bəyin isə 20 min manat bağışladığını açıqlayıb.

Oxşar xəbərlər

AQTA apteklərdə yoxlama aparıb, 69-unda uyğunsuzluq aşkarlanıb – SİYAHI

redaktor

Azərbaycanda “TikTok” trendi universitetlərə də çatdı – Video

redaktor

“Könül Cabbarla bir yerdə olduğu üçün mənimlə danışmır”

redaktor