4 C
Bakı
11 Fevral 2026 21:13
Digər

Hərbçilərimizin məzarını ziyarət edən Flora Kərimova göz yaşı axıtdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda “Zəfər günü” qeyd olunur.  “Səhər mərkəzi” verilişinin çəkiliş heyəti İkinci Vətən müharibəsində şəhid olan hərbçilərimizin məzarını ziyarət edən Xalq artisti Flora Kərimovadan müsahibə alıb.

Bizim.Media xəbər verir ki, sənətkar yaşadığı duyğuları ifadə edən zamanı göz yaşlarına boğulub.

“Zəfər” bayramımız mübarək. O bayram ki, bizim sabahımızı işıqlandırır. O bayram ki, bizə ümüd gətirib. Baş əyirəm, öpürəm. Sizə can sağlığı, xoşbəxtlik diləyirəm. Mən burada əsgər müğənni görürəm ( ifaçı və İkinci Qarabağ müharibəsində iştirak edən Vüqar Muradov – red.).
Millət qalxanda, səsini ucaldanda … Baxıram sizə, nə yaxşı kı biz varıq, millət var. Oğullarımıza nümünə olan, qəhrəmanlarımızın önündə gedən  Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Analara, Vətənimə, Şuşama və millətimə görə… Çox sağol oğul! Allah sizə dəyməsin. Ümüdümüz sizə və sizin arxanızca gedən oğullaradır”, – deyə F.Kərimova bildirib.

Rəşad Əliyev, Bizim.Media

Tacxeber.com

Oxşar xəbərlər

Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

redaktor

Cəsarət yarası…

admin

Atlı heykəl, şüşə körpü və sirli bağlar: Kraliçanın şərəfinə möhtəşəm layihə

redaktor