Gündəmİdman

“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunan mərasimdə təmsilçimiz “Qarabağ”ın də rəqibi müəyyənləşib. Ağdam klubu pley-offda Belçika “Gent”i ilə qarşılaşaq.

Qeyd edək ki, “Gent” hazırda Belçika Liqasında 6-cı pillədə qərarlaşıb.

Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də olacaq. “Qarabağ” ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, “Genk” bu mövsüm KL-in qrup mərhələsində “Yurqorden” (İsveç), “Mölde” (Norveç) və “Şemrok Rovers”lə (İrlandiya) eyni qrupda yarışıb və 8 xalla 2-ci yeri tutub. Bekçika təmsilçisi bu 8 xalı “Mölde” və “Şemrok Rovers”lə oyunlarda (hər birində 4) qazanıb. Onlar qrupu lider kimi başa vuran “Yurqorden”lə hər iki görüşdə isə məğlub olub.

Əlavə edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ən sürətli futbolçuların adları açıqlandı

redaktor

“Avropadan biri bura gəlsə, elə bilər ki, gey klubdur…”

redaktor

Rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI – Yeni TƏYİNAT

redaktor