32 C
Bakı
12 Avqust 2025 18:01
HadisəKriminal

Qətlə yetirilən Albina gəlinlik paltarında dəfn olundu – FOTO

 

Qaxda 3 gün əvvəl öldürülən 17 yaşlı qız bu gün gəlin paltarı geyindirilərək dəfn olunub.

Tacxeber.com unikal.az-a istinadən xəbər verir ki, noyabırın 4-ü bıçaqlanaraq öldürülən 2005-ci il təvəllüdlü Albina Papiaşvili bu gün torpağa tapşırılıb.

Yaxın qohumları onun əyninə gəlinlik geyindirərək üç gün evdə saxlayıblar. Onların sözlərinə görə, Albinanın ən böyük arzusu gəlin paltarı geyinmək və ailə həyatı qurmaq  olub. Bunun üçün onu gəlin libasında dəfn ediblər.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Məhəmməd Kekalov da saxlanıldı: nə baş verir?

admin

Gömrükdə rüşvət qalmaqalı – Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

redaktor

Ramanada mazutluq sahədə yanğın başlayıb

redaktor