Digər

“Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil“

“Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil“

“Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”.

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

“Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaq. Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər”, – QMİ sədri vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Cəlilabadda yerləşən yeraltı hərbi bazanın müəmmalı aqibəti – Video

admin

“Beynimiz 100 faiz işləyir” fikrinin boşluqları – Samir Mirzə

redaktor

Allah gözəllik, istedad verib, nə işin var Meksika sərhədində? – Filosof

redaktor