Siyasət

Çıxış edərkən gördüyü  “qara əşya” Baydeni hürkütdü – VİDEO

Çıxış edərkən gördüyü  “qara əşya” Baydeni hürkütdü - VİDEO

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda çıxışı zamanı səhnədə özünü itirib və büdrəyib.

Tacxeber.combu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Nəşrin dərc etdiyi kadrlarda Nyu-Yorkda baş tutan tədbirdən bir hissə əks olunub. Belə ki, ABŞ Prezidentinin iştirakı ilə Nyu-Yorkun hazırkı qubernatoru Keti Hokula dəstək kampaniyası keçirilib.

Paylaşılan görüntülərdə Bayden səhnədə gəzişir və yaşlılar üçün reseptlə satılan dərmanların qiymətinin azaldılmasından danışır. O, anidən səhnədə hansısa əşyanın üzərinə basır, müvazinətini itirir və büdrəyir.

“Ay… üzərinə basdım… Hmm… bu, qaradır. Hər bir halda qaradır”, – deyə Bayden özünü itirmiş halda həyəcanını ifadə edib.

Tacxeber.com

Oxşar xəbərlər

İndiki Rusiya bir anoxronizmdir.

admin

Londonda Almaniya ilə nüvə silahını bölüşmək təklifi irəli sürülüb

admin

“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı

redaktor