28 C
Bakı
11 Avqust 2025 21:49
Hadisə

Azərbaycanda sabiq güləşçi maşında yanaraq öldü

Azərbaycanda sabiq güləşçi maşında yanaraq öldü

Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.

Tacxeber.com  xəbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.

Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhid Anar Kazımovun anası vəfat etdi

redaktor

Ukraynalı qadın Bakıda tələyə düşdü… — VİDEO

redaktor

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı – Qalib şirkət kimindir?

admin