7 C
Bakı
28 Dekabr 2025 07:36
Dünya

Türkiyə Nazirlər Kabineti toplanır: Taxıl böhranı…

Türkiyə Nazirlər Kabineti toplanır: Taxıl böhranı…

Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında müzakirə ediləcək mövzular açıqlanıb.

Tacxeber.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq toplantıda iqtisadi məsələlər ön planda olacaq.

İclasda TBMM-ə təqdim edilməsi gözlənilən hicab tənzimləməsi ilə bağlı müxalifət partiyaları ilə təmaslar dəyərləndiriləcək.

Xarici siyasətdə gündəm İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olacaq. Lakin hər iki ölkə hələ də terrorçuların ekstradisiyası ilə bağlı heç bir addım atmayıb. Noyabrın 8-də Türkiyəyə gələcək İsveç baş nazirinin Ərdoğanla görüşü gözlənilir.

Nazirlər Kabinetində Rusiya-Ukrayna müharibəsi və taxıl böhranının aradan qaldırılması üçün aparılan işlər barədə danışılacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Fələstinli jurnalist: “Həmas-ın bizi idarə etməsini istəmirəm”

redaktor

Lukaşenkodan ölkədən qaçan ruslarla bağlı ŞOK AÇIQLAMA: “25 milyonluq ordu…”

redaktor

Rubio: “Tramp Zelenskidən inciyib, ədalətli, minnətdar olmaq lazımdır”

redaktor