Hadisə

Sərnişinin zarafatı təyyarəni göydən endirdi

Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yolları təyyarəsində sərnişinin zarafatı böyük çaxnaşmaya səbəb olub.

Tacxeber.com “Haber Global”a istinadən xəbər verir ki, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli “Boeing B737-900” tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri “Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq”, –  deyə zarafat edib.

Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi ilə əlaqə saxlayıb və təcili eniş tələb edib.

Təyyarə heç bir problem olmadan hava limanına enib. Polis göyərtədə axtarış aparıb və heç bir təhlükəli vasitə aşkar etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya səhvən özünü bombaladı: maşın binanın damına “tullandı” – FOTO

redaktor

Məhkəmə siyasi məhbus hesab edilən jurnalistin nikaha daxil olması ilə bağlı verdiyi vəsatətə vəsatət təmin etməyib.

admin

Oğuzda Şaxta baba ölüb

redaktor