28 C
Bakı
11 Avqust 2025 19:58
Dünya

Rusiyada səfərbərlik gizli şəkildə davam edir – İNANILMAZ İDDİA

Rusiya hakimiyyətinin ölkədə səfərbərliyin başa çatdığı barədə bəyanatlarına baxmayaraq, çox güman ki, bu, gizli şəkildə davam edir.

Tacxeber.compublika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) gündəlik hesabatında məlumat verilib .

Buna misal olaraq ekspertlər Putinin səfərbərliyin dayandırılması ilə bağlı bəyanatlarından sonra imzaladığı bir sıra fərmanları göstərirlər. Sənədlərdən biri ağır cinayətlərə görə məhkum olunmamış vətəndaşların səfərbər edilməsinə imkan verir, ikincisi isə hərbi qulluqçuların statusunu “könüllülər”ə qədər genişləndirir.

“Bu cür icazələr səfərbərliyin davam etdirilməsinə şərait yaradır, lakin indi bu, “könüllü xidmət” kimi təqdim edilir”, – ekspertlər bildirir.

 

 

Xatırladırıq ki , sentyabrın 21-də Rusiya Federasiyasının prezidenti ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. Bir aydan çox vaxt keçdikdən sonra, oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə ölkədə səfərbərliyin başa çatdığını bildirib.

Putin noyabrın 4-də bildirib ki, orduya qoşulmaq istəyən könüllülərin axını azalmadığı üçün səfərbər olunanların sayı artıq 318 min nəfərə çatıb.

Oxşar xəbərlər

Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi.

admin

Zaxarova Xankəndiyə gələn məşhur jurnalistə qəzəbləndi – Bakıya qəribə mesaj

redaktor

ABŞ kəşfiyyatının casusunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb – Sensasiya

redaktor