30 C
Bakı
17 İyul 2025 13:04
Gündəm

Yarım milyonluq “Bentley”i olan icra başçısının motosikleti də varmış – ŞOK İDDİA (VİDEO)

Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır.

Onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb.

Daşkəsənin icra başçısı təkcə vəzifə deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır.

Məlumatlara görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.

Hətta mətbuatda qeyd edilir ki, Əhəd müəllimin “Bentley”i iki dənədir.

Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motosiklet həvəsində olan icra başçılarından sayılır. Məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motosiklet alıb./32gun.az

Oxşar xəbərlər

200 dollarla 20 yaşında ABŞ-də həyat qurmağa getdi – “Google”, NVİDİA, “Meta”da işlədi

admin

AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR

redaktor

Həbsdə olan siyasi məhbus Ədliyyə nazirinə açıq məktub yazıb.

admin