26 C
Bakı
11 Avqust 2025 04:11
Dünya

Xəzər dənizi üzərində qəribə işıqlanma müşahidə olunur

Salyan və Neftçala istiqamətində dənizdə qəribə parıltı və işıqlanma müşahidə olunur.

Tacxeber.com xəbər verir ki, bu barədə Salyanda yaşayan hüquq müdafiəçisi,Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov paylaşım edib.

Onun sözlərinə görə, yerli sakinlər az əvvəl Neftçala istiqamətində dənizdən bir neçə dəfə qəfil işıqlanmanı müşahidə ediblər. Daha sonra hadisənin şahidləri gördüklərini qeyd ediblər.

Onların iddiasına görə, 2 saata yaxındır ki, Xəzər dənizindən iki eyni istiqamətdə güclü işıq müşahidə olunur.

İşıqlanma Bakıda da müşhaidə edilir.

İşıq müəyyən fasiələrlə yanıb sönür.

Bəziləri bunu ildırıma oxşadıb. Amma havanın buldusuz olduğu bildirilir.

Oxşar xəbərlər

Tramp Ukraynaya silah göndərilməsinə qarşı çıxdı

redaktor

Rusiyalı taksi sürücüsündən Sevgililər Günündə maraqlı evlilik təklifi: 30 avtomobil gətirdi… – VİDEO

redaktor

Hizbillahdan İsrail bazasına zərbə.

admin