25 C
Bakı
11 Avqust 2025 01:20
DünyaGündəm

SEPAH komandanı öz mövqeyindən geri çəkildi

İran İnqilabının Keşikçikəri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami bir neçə gün öncə Səudiyyə Ərəbistanını hədələyərək, “sizin yanınıza gələcəyik!” deyə xəbərdarlıq etmişdi.

O, bir həftədən də qısa müddət sonra bu gün açıq aşkar geri çəkilərək deyib: “İndi biz onların müdaxilə və pis əməllərinə harada və necə cavab verəcəyimizi deyə bilmərik”.

Xatırladaq ki, SEPAH-ın komandanı Səudiyyə Ərəbistanını İranın Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında baş verən terror hadisəsində əli olmaqda günahlandıraraq iddia etmişdi: “Biz Səudiyə hakimiyyəti və onun nəzarətində olan media və fitnə dairələrinə deyirik ki, diqqətli olun. Sizin yanınıza gələcəyik. Siz İran xalqına narahatlıq yaradıb, özünüz isə rahat ola bilməzsiniz”.

İranın dövlət mediası generalın çıxışını “General Səlaminin Amerika və Səudiyyə Ərəbistanına sərt xəbərdarlığı” kimi başlıqlarla işıqlandırmışdı, lakin SEPAH komandirinin son bəyanatı onun hədələyici mövqedən geri çəkildiyini göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

“Nazirlikdən 150 manatlıq mebeli 2000-3000 yazıb göndərirlər, məktəb direktoru da məcbur qalıb…”

admin

Fəzail Ağamalının deputat qızı bağçasını satır – QİYMƏT

admin

Su borcu olanların NƏZƏRİNƏ: Hissə-hissə ödəmək mümkün olacaq

redaktor