21 C
Bakı
20 Oktyabr 2026 14:51
Dünya

Kadırovun 16 yaşlı övladına vəzifə verildi

Kadırovun 16 yaşlı övladına vəzifə verildi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun azyaşlı oğlu Əhməd Kadırov bütün yerli uşaq və gənclər təşkilatlarının rəhbəri təyin olunub.

Tacxeber.com Rusiya mətbuatına istinadən bildirir ki, bundan əvvəl Əhməd Kadırov menecer kimi Rusiya Təhsil Nazirliyindəki Çeçenistan nümayəndə heyətinin üzvü olub.

Maraqlıdır ki, 2020-ci ilin sentyabrında Çeçenistan rəhbərinin qızı Ayşat Kadırova respublikanın mədəniyyət nazirinin birinci müavini postuna təyin olunub. Bir il sonra nazirliyə rəhbərlik edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov isə gözlənilməz etiraf edib. O, özünü Rusiya regionlarının rəhbərləri arasında uzunömürlü adlandırıb və çox uzun müddət qaldığı postu tərk etməyə hazır olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor