Siyasət

Cahangir Əsgərov vəzifəsindən azad olundu? – Xəbər yayıldı

Cahangir Əsgərov vəzifəsindən azad olundu? - Xəbər yayıldı

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunub.

Tacxeber.comxəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.

AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.

Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.

Tacxeber.com

Oxşar xəbərlər

Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat.

admin

Tramp İraq və daha beş ölkədən idxala 30 faizlik rüsum tətbiq edir

redaktor

“Ermənistan  yenə də Qərblə Rusiya arasında o yan-bu yana qaçır…”

redaktor