Siyasət

Xankəndi erməniləri Bakıya ÜZ TUTUB – Simonyandan AÇIQLAMA

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib.

“Soçi və Praqada daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub. Soçidə, Praqada və başqa yerlərdə Ermənistan hakimiyyəti davamlı olaraq Qarabağ xalqının taleyini və başqa hər şeyi onların nümayəndələrinin iştirakı ilə müzakirə etməli olduğunu deyib və bundan sonra da deyəcək.

Azərbaycan ritorikasına baxırsınızsa, onlar bu danışıqları öz vətəndaşları ilə söhbət kimi qiymətləndirirlər. Bunu da məhz belə şərh edirlər, vətəndaşları ilə danışıq aparacaqlarını deyirlər.

Amma bu söhbətlər, təmaslar mövcuddur. Mən bu əlaqələrin mövcud olduğunu təsdiq edirəm”, – Simonyan deyib. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Afiəddin Məmmədov işi”: Şahid heç nə görmədiyini desə də, hakimlər inanmağa tələsmir

admin

Əfşar Süleymaninin qalmaqallı açıqlaması: Bu, necə baş verib?

admin

Paris Məhkəməsi Azərbaycan səfirliyinə hücuma edən erməniyə verilən cəzanı sərtləşdirib

admin