20 C
Bakı
24 İyun 2025 02:31
İdman

“Nant”ın baş məşqçisi: “Mərhələni “Qarabağ” da keçsəydi, məyus olmazdıq”

“Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq”.

Bunu Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub: “Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq”.

Qeyd edək ki, G qrupunda 2-ci pilləni tutan “Nant” Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq. (Report)

Tacxeber.com

Oxşar xəbərlər

“Neftçi”ni çox yaxşı səviyyəyə qaldıra bilər, onun olduğu yerlərdə qalmaqallar yaşanmır”

redaktor

Nazir işdən çıxarılan müavini ilə bağlı paylaşım etdi – Foto

redaktor

İbrahimoviç üçün kədərli gün: karyerasını bitirdi – VİDEO

redaktor