24.7 C
Bakı
04 İyul 2026 10:32
DünyaGündəm

Kovboy filmlərinin ulduzu vəfat edib – FOTO

Kovboy filmlərinin ulduzu vəfat edib - FOTO

Bir çox vestern filmlərində rol almış məşhur amerikalı aktyor Endryu Prayn 86 yaşında vəfat edib.

Tacxeber.com xəbər verir ki, o, həyat yoldaşı, aktrisa və prodüser Hizer Lou ilə Fransada tətildə olarkən təbii səbəblərdən dünyasını dəyişib.

Prayn “Möcüzə yaradan” (“The Miracle Worker”/1962) filmində Helen Kellerin qardaşını və “Qorxulu qürubu olan şəhər” (“The Town That Dreaded Sundown”/1976) kult klassikində Ben Consonla birlikdə serial qatilini ovlayan hüquq mühafizəçi rolunu oynayıb. Daha sonra “Gettisburq”da (“Gettysburg”/1993) konfederasiya generalı Richard B.Garnett rolunu canlandırıb.

1962-63-cü illərdə Prayn NBC-nin “Geniş ölkə” (“Wide Country”) serialında Erl Hollimanın kiçik qardaşı rolunu oynayıb. Dörd il sonra o, NBC-nin digər vesternində “Qərb yolu” (“The Road West”) Barri Sallivanın böyük oğlu rolunu oynayıb.

Oxşar xəbərlər

Ukraynada seçki öncəsi böyük siyasi qarşıdurma

redaktor

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor

Siyasi qisas iddiaları və Tofiq Yaqublunun taleyi

redaktor